Alimlər koronavirusun yeni yarımnövünü aşkarladılar
10:12 16 İyun 2020
Panamanın Sağlamlıq İnstitutunun alimləri bildiriblər ki, SARS-Cov-2 koronavirusunun ştamlarının beş ölkədəki mutasiyası nəticəsində COVID-19 xəstəliyinə səbəb olan, A2 PAN adlı yeni tipik yarımnöv virus yaranıb.
Femida.az “Estrella Panama” nəşrinə istinadən xəbər verir ki, bu barədə Qorqas adına Sağlamlığın Öyrənilməsi İnstitutunun direktoru Xuan Paskal deyib.
"Virusun modifikasiyaları ölkə üçün yeni, tipik A2 PAN yarımnövünü yaratdı", - o nəşrə bildirib.
Qeyd edilir ki, Panamanın coğrafi mövqeyi və onun regional nəqliyyat funksiyası virusun dünyanın müxtəlif regionlarına yayılmasına imkan yaradıb.
SARS virusunun 150 nümunəsinin araşdırılması Qorqas adına İnstitutun alimlərinə onların yaranma ölkələrini müəyyən etməyə icazə verib. Yerli mutasiyanın ölkədə yaranmasına qədər virus ABŞ-da, İtaliyada, İspaniyada, Fransada və Asiyada dörd yarımnöv kimi mövcud olub.
Qeyd edək ki, dünyada koronavirusa yoluxma hallarının sayı 8,1 milyonu ötüb. Təhlükəli infeksiyadan ölənlərin sayı 439 085 nəfərə çatıb. Hazırda 3 460 993 nəfər aktiv koronavirus xəstəsidir. Pandemiya ərzində təhlükəli virusdan ümumilikdə 4 213 601 nəfər sağalıb.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (Report)
Oxunub: 630
Oxşar xəbərlər
- Alimlər 70 ildən sonra Yerə yaxınlaşacaq asteroid kəşf ediblər
- Alimlər "omikron"un insana daha bir mənfi təsirini aşkarlayıblar
- Alimlər koronavirusla mübarizədə kömək edə biləcək gözlənilməz vasitəni aşkarlayıblar
- Alimlər peyvənd edilmiş insanların da delta ştamını yaydığını üzə çıxarıblar
- Alimlər dözülməz istilərin yaxınlaşması ilə bağlı xəbərdarlıq ediblər
- Alimlər koronavirusun uzunmüddətli fəsadlarını aşkarlayıblar
- Alimlər koronavirusun sağlamlıq üçün daha bir təhlükəsini müəyyənləşdiriblər
- Alimlər: Koronavirusa yoluxmuş uşaqlarda insult inkişaf edə bilər
- Alimlər: Dünyada koronavirusdan da təhlükəli pandemiya olacaq
- Alimlər COVID-19 ilə mübarizə üçün effektiv maddə əldə edib