Daha 3 qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib


13:30     16 İyun 2020 20_06_16_1592299831.jpg


Bu gün Milli Məclisin Səhiyyə komitəsinin növbəti onlayn iclası keçirilib.


Trend-in verilən məlumatına görə, iclasın gündəliyinə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş), “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanunlarının layihələri daxil edilib.

Komitənin sədri Əhliman Əmiraslanov iclası açaraq komitə üzvlərini gündəlikdəki məsələlərlə tanış edib. Əhliman Əmiraslanovun qanun layihələri ilə bağlı məlumatı dinlənildikdən sonra, komitə üzvləri gündəlikdəki məsələləri müzakirə edərək, rəylərini bildiriblər.

Sonda müzakirə olunan sənədlər Milli Məclisin plenar iclasında baxılması üçün tövsiyə edilib.

Femida.az

Açar sözlər: #qanun#   milliməclis  

Oxunub: 1430