Rusiyada qətlə yetirilən tələbənin meyiti Azərbaycana göndəriləcək


13:41     16 İyun 2020 20_06_16_1592300363.jpg


Rusiyanın Volqoqrad şəhərində qətlə yetirilən 17 yaşlı azərbaycanlı tələbənin meyiti Azərbaycana göndəriləcək.

Bu barədə Volqoqrad vilayətinin istintaq orqanlarından bildirilib.

“Qətlə yetirilən tələbənin meyiti Azərbaycana göndəriləcək. Cənazənin göndərilməsi barədə etibarnamənin verilməsi uzun prosedurdur, çünki onun Volqoqradda qohumları yoxdur”, - deyə vurğulanıb.

Qeyd edək ki, iyunun 12-si axşam saatlarında Volqoqradın Voroşilov rayonunda Tibb Universitetinin I kurs tələbəsi Timur Qavrilovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Ona 20 bıçaq zərbəsi endirilib. Faktla bağlı cinayət işi başlanıb, hüquq-mühafizə orqanları qatilin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirirlər. Artıq qatilin ilkin əlamətləri məlum olub. Əməliyyata regionun Daxili İşlər Nazirliyi, Federal Təhlükəsizlik Xidməti və İstintaq Komitəsinin əməkdaşları cəlb olunub. Volqoqrad vilayətinin qubernatoru azərbaycanlı tələbənin qatilin tapılması üçün 1 milyon rubl mükafat təyin edib. / APA

Femida.az

Açar sözlər:

Oxunub: 666