Pensiya təminatı sistemində köklü dəyişikliklər olacaq - Nazir AÇIQLADI
14:46 16 İyun 2020
Sosial təminat sistemində aparılan islahatların mühüm bir istiqaməti bu sistemin, xüsusilə pensiya təminatı sisteminin təkmil və həssas qruplara münasibətdə daha humanist yanaşmalar üzərində qurulması, eyni zamanda bu sahədə proaktiv xidmətlərin dairəsinin genişləndirilməsidir.
Azvision.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev pensiya, müavinət və təqaüd məsələləri ilə bağlı işçi qrupunun videokonfrans formatında keçirilən iclasında bildirib.
Nazir qeyd edib ki, Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısının təzahürü olaraq, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində mühüm addımlar atılır. Sosial ödənişlərin məbləği mütəmadi artırılır. Eyni zamanda, sosial təminatda humanistləşdirmə, sosial təminata əlçatanlığın artırılması prosesi özünü göstərir. Məsələn, ötən il əmək pensiyası yaşına çatan və fərdi hesabında ən kiçik məbləğdə belə pensiya kapitalı qeydə alınan şəxslərə əmək pensiyası hüququ verildi. 2020-ci ilin əvvəlindən ailəyə ailə başçısını itirməyə görə əmək pensiyasını və ya sosial müavinəti seçmək hüququ verilib. Həmçinin bu ilin əvvəlindən uşaqlar həm sağlamlıq imkanları məhdudluğa, həm də ailə başçısını itirməyə görə hər iki müavinəti alırlar, pensiya yaşına çatan, lakin pensiya hüququ yaranmayanlar həmin an da yaşa görə müavinətlə təmin edilirlər və s.
S.Babayev bildirib ki, bu kimi təkmil və humanist yanaşmaların tətbiqi davam edəcək. Ümumilikdə hazırda pensiya təminatı sistemində bir çox mühüm dəyişiklikləri əks etdirən layihə hazırlanır.
Nazir diqqətə çatdırıb ki, sosial təminat növləri üzrə yeni e-təyinat sistemlərinin hazırlanması prosesi də davam edir. Bu ilin sonunadək daha 3 təqaüd və 3 müavinət növünün elektronlaşdırılması nəzərdə tutulub. Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə pensiya təyinatının elektronlaşdırılması istiqamətində işlər aparılır. Bununla bağlı məlumat vərəqələrinin elektron forması hazırlanaraq test edilib. Ümumən, əsas hədəf budur ki, sosial təminat sahəsində proaktiv xidmətlərin əhatə dairəsi getdikcə genişlənsin.
İclasda sosial təminat sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflər, yeni e-təyinat sistemlərinin yaradılması, ölkənin pensiya təminatı sisteminin uzunmüddətli inkişaf strategiyasının (yol xəritəsi) hazırlanması, müavinət və təqüdlərin təyinatının ölkə üzrə tam mərkəzləşdirilməsi və s. məsələlərdən bəhs edilib.
Femida.az
Oxunub: 660
Oxşar xəbərlər
- Artıq ödənilmiş əmək pensiyasının pensiyaçıdan tutulacağı hallar müəyyənləşir
- Pensiyalar ödənilir
- İyul ayının pensiyaları tam ödənilib
- Pensiyalar iyulun 15-də tam ödəniləcək
- Bu şəxslər pensiyaya 5 il tez çıxacaq – Prezident Qanunu təsdiqlədi
- Azərbaycanda onkoloji və skleroz xəstələri pensiya ala biləcək - QANUN
- Pensiyası az olan şəxslərə müavinət təyin olunması barədə qanun imzalanıb
- Pensiyalar sabah tam ödəniləcək
- Pensiya və təqaüd alanlara sevindirici xəbər - Bu qədər arta bilər - VİDEO
- Bakı, Sumqayıt və Abşeron üzrə iyun ayının pensiyaları ödənilib