Azərbaycan bu il 13,8 milyon ton neft ixrac edib


15:06     16 İyun 2020 neft56.jpg

Bu ilin yanvar-may aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 13,8 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.


Femida.az Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, bu həcmdə məhsulun dəyəri 5,1 milyard ABŞ dolları təşkil edib.

5 ay ərzində ixrac olunmuş məhsulun dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 24,5%, həcmi isə 2% az olub.

Hesabat dövründə Azərbaycanın ümumi ixracında xam neftin payı 72,7% təşkil edib.

Femida.az

Açar sözlər: #neft  

Oxunub: 408