Bəhram Bağırzadənin son durumu açıqlandı


10:40     17 İyun 2020 2020/06/Behram_Bagirzade_-_VOA-768x403_1592219566.jpg

Bəhram Bağırzadənin səhhətində hələlik heç bir yenilik yoxdur. Hazırda reanimasiyadadır, vəziyyəti stabil ağırdır.

Bunu Femida.az -a açıqlamasında Əməkdar artist Bəhram Bağırzadənin həyat yoldaşı Şəhla Bağırzadə deyib.

Onun sözlərinə görə, aktyor Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsində ECMO aparatına qoşulu vəziyyətdədir.

Qeyd edək ki, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

Əməkdar artistin 90%-dən çox ağciyər toxuması zədələndiyindən onu ECMO cihazına qoşublar.

B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.

Açar sözlər:

Oxunub: 798