FHN: Kürdə batan şəxslərin axtarışları davam etdirilir


12:05     17 İyun 2020 denizde-boguldu.jpg

Kür çayının Tovuz rayonu ərazisindən keçən hissəsində iki nəfər batıb.

Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 1974-cü il təvəllüdlü Həsənov Namiq Əli oğlunun və 1986-cı il təvəllüdlü İsmayılov Abbas Hüseyn oğlunun axtarışları davam etdirilir. Axtarış işlərinə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupları axtarışlara cəlb olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 427