Tərtərdə düşmən təxribatı: Kəndə mərmi atıldı
15:56 17 İyun 2020
Tərtər rayonunun Qapanlı kəndinə erməni silahlı birləşmələri tərəfindən 60 mm-lik minaatan mərmisi atılıb.
Bu barədə azvision.az-a Tərtərin Qarağacı kənd icra nümayəndəsi Lətif Həmidov məlumat verib. Onun sözlərinə görə, hadisə təxminən saat 11:00 radələrində baş verib.
"Düşmən tərəfi taxıl daşıyan "ZİL" markalı yük avtomobili kəndə yaxınlaşan zaman mərmi atıb. Mərmi 15 metr kənara düşüb. Şükürlər olsun ki, salamatçılıqdır, itki olmayıb".
L.Həmidov, həmçinin bildirib ki, hazırda kənddə təsərrüfat işləri dayanıb: "İnsanlar arasında təşviş yaşandı. Hərbçilər ərazidədirlər".
Femida.az
Oxunub: 7937
Oxşar xəbərlər
- Tərtər sakini qohumunu qətlə yetirib
- Tərtərdə bacısını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- "Tərtər işi" ilə bağlı daha bir neçə nəfər həbs edilib - RƏSMİ
- "Tərtər işi" ilə bağlı 26 şəxs barəsində cinayət işi üzrə hökmlər ləğv edilib
- "Tərtər işi" ilə bağlı hüquqşünas da saxlanıldı
- "Tərtər işi" üzrə 16 şəxs barəsində çıxarılan hökmlər ləğv edilib
- Baş Prokurorluq "Tərtər işi" ilə bağlı məlumat yaydı: Həbs edilənlər var - ADLAR
- Tərtərdə elektrik naqilləri oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
- Tərtərdə qohumunu qətlə yetirən şəxsin məhkəməsi başlayır
- Tərtərdə silah-sursat aşkar edilib