Avtomobil dərəyə yuvarlandı


14:28     23 May 2015 avt.jpg

Bu gün gecə saatlarında Goranboyun Borsunlu kəndində "Mercedes" markalı minik avtomobilinin idarəetməni itirərək dərəyə aşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.


Femida.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, hadisə yerinə yanğınsöndürən-xilasedicilər cəlb edilib.

Onlar yaralı vəziyyətdə olan sürücü və sərnişini avtomobildən çıxararaq adiyyəti üzrə təhvil veriblər.

Açar sözlər:

Oxunub: 608