FHN: Kürdə batan şəxslərin meyiti tapılıb


18:04     17 İyun 2020 20_06_17_1592402786.jpg

Kür çayının Tovuz rayonu ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1974-cü il təvəllüdlü Həsənov Namiq Əli oğlunun və 1986-cı il təvəllüdlü İsmayılov Abbas Hüseyn oğlunun axtarışları başa çatıb.

FHN-dən Femida.az - averilən məlumata görə, hər iki şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən tapılaraq çaydan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.​

Açar sözlər:

Oxunub: 490