Müdafiə Nazirliyi: Tərtərdə partlayış olub


19:34     17 İyun 2020 20_06_17_1592408150.jpg

Sosial şəbəkələrdə və bəzi saytlarda guya ön xətt yaxınlığında Tərtər rayonu ərazisində torpaq yolun düşmən tərəfindən minaatanlardan atəşə məruz qalması barədə məlumat yayılıb.

Müdafiə Nazirliyindən Femida.az -ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumat həqiqəti əks etdirmir. Belə ki, müəyyən olunub ki, həmin ərazidə partlayış baş verib. Buna səbəb isə birinci Qarabağ müharibəsi zamanı bir metrdən artıq dərinlikdə basdırılmış tank əleyhinə mina olub.

Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

Açar sözlər:

Oxunub: 703