Bakıda avtomobil dirəyə çırpılıb, ölən var


20:33     17 İyun 2020 avtomobil%20qezasi%20(11).jpg

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb. Yüksək sürətlə hərəkət edən "Mercedes" markalı avtomobil qəfildən idarəetməni itirərək dirəyə çırpılıb. Qəza zamanı sürücü hadisə yerində ölüb. Avtomobildə olan sərnişin, 1992-ci il təvəllüdlü Fərruxzadə Fazil Rəşid oğlu isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 518