Ucarda yük maşını piyadanın üstündən keçdi


09:38     18 İyun 2020 20_06_18_1592458835.jpg

Ucarda yük maşını piyadanı vurub.

Femida.az -IN xəbərinə görə, hadisə rayonun Qarabörk kəndi ərazisində baş verib. 1962-ci il təvəllüdlü Rəhman Abdurrəhmanov idarə etdiyi "Nova" markalı yük maşını ilə piyada, Cəlilabad rayon sakini Əfqan Quliyevin üstündən keçib. Nəticədə piyada hadisə yerində ölüb.

Hadisə şahidlərinin sözlərinə görə, tikinti işləri gedən Ucar-Zərdab yoluna torpaq daşıyan "Nova" markalı yük maşınının sürücüsü nəqliyyat vasitəsini arxaya verərkən "Körpü Bina Tikintini"nin əməkdaşı olan Əfqan Quliyevi görmədiyindən hadisə baş verib.

Faktla bağlı araşdırma aparılır.




Açar sözlər:

Oxunub: 611