Qubada iki yük avtomobili toqquşub, ölən var


10:33     18 İyun 2020 20_06_18_1592461070.jpg

Qubada iki yük maşını toqquşub.

Femida.az -IN məlumatına görə, hadisə rayonun Susay kəndində qeydə alınıb. Samir Aydəmirov idarə etdiyi "Tatra" markalı yük avtomobilini geriyə hərəkət etdirərkən arxa tərəfdə dayanan Səxavət İmanovun idarə etdiyi "Tatra" markalı yük avtomobilinə çırparaq aşırıb.

Hadisə nəticəsində S. Aydəmirov, digər sürücü S. İmanov, həmçinin sərnişin İlkin Məmmədov ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.


İ. Məmmədov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkənə ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.

Açar sözlər:

Oxunub: 491