İbrahim Məmmədov həftəsonu sərt karantin rejimi ilə bağlı danışdı


11:12     18 İyun 2020 20_06_18_1592462052.jpg

Koronavirus pandemiyası ilə əlaqədar bu həftə sonunda sərt karantin tədbirlərinin tətbiq edilməsi ilə bağlı hələ qərar verilməyib.



Femida.az xəbər verir ki, bunu Trend-ə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, bu barədə qərar olan kimi ictimaiyyətə açıqlama veriləcək.

Qeyd edək ki, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı daha əvvəl Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə bu həftənin cümə və şənbə günlərində sərt karantin rejimi tətbiq oluna biləcəyini demişdi.

Açar sözlər:

Oxunub: 540