Rusiyada COVID-19-dan 489 tibb işçisi ölüb


12:36     18 İyun 2020 20_06_18_1592469406.jpg

Rusiyada yeni növ koronavirus infeksiyasından (COVID-19) ölən tibb işçilərinin sayı açıqlanıb.

Femida.az -ın verdiyi xəbərə görə, Rusiyanın Səhiyyə sahəsinə nəzarət edən Federal Agentliyinin yaydığı məlumatda bildirilib ki, ölkədə indiyədək COVID-19-dan 489 tibb işçisi həyatını itirib.

Qeyd edək ki, Rusiyada koronavirusa yoluxanların sayı 560 mini ötüb, xəstəlikdən ölənlərin sayı isə 7760 nəfərə çatıb.

Açar sözlər:

Oxunub: 463