İctimai işlərə cəlb olunan şəxslər elektron nəzarət vasitəsi gəzdirəcək


15:57     18 İyun 2020 20_06_18_1592480923.jpg


Azərbaycanda ictimai işlərə cəlb olunan şəxslər elektron nəzarət vasitəsi gəzdirəcək.


Femida.az xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik edilir.

Dəyişikliklə, məhkəmə tərəfindən ictimai işlərə məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur.

Bu əlavə və dəyişikliklərlə əlaqədar Cəzaların İcrası Məcəlləsinə də uyğunlaşdırma xarakterli dəyişiklik də nəzərdə tutulub.

Femida.az

Açar sözlər: #ədliyyə  

Oxunub: 562