Bağlanan bankların müştərilərinə 61 milyon verildi


18:31     18 İyun 2020 bank18iyul.jpg

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu "AGBank", "Amrah Bank", "Atabank" və "NBC Bank" ASC-lərin əmanətçilərinə 1-17 iyun tarixlərində 61,6 milyon manat kompensasiya ödəyib.

Fonddan Femida.az-a verilən məlumata görə, kompensasiyalar nağdsız qaydada "Azərbaycan Beynəlxalq Bankı" və “Kapital Bank” ASC-nin adlı debet kartları, “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə ödənilir.

“Əmanətlərin sığoratalanması haqqında” qanuna əsasən əmanətçilərin ərizələri kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq 1 il ərzində qəbul edilir.

Femida.az

Açar sözlər:

Oxunub: 502