Məhkəmə baş həkimi şantaj edən şəxsləri həbsdə saxlayıb
09:24 19 İyun 2020
Bakı Apelyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə və dələduzluqda təqsirləndirilən Elxan Hümbətov, Rövşən Əliyev və Hətəmxan Çobanov barəsindəki hökmdən apelyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Femida.az-ın məlumatına görə, hakim Kamran Əkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən təqsirləndirilən şəxslərin şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, təqsirləndirilənlər özlərini vəzifəli, həmçinin yüksək vəzifəli şəxslərin qohumları kimi təqdim etməklə üç nəfərdən külli miqdarda pul almaqda və şantaj yolu ilə pul istəməkdə təqsirli biliniblər.
Zərərçəkmiş şəxslərdən biri Qusar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Zeynalovdur. Təqsirləndirilənlər isə bildiriblər ki, M. Zeynalovdan 125 min manatı şantaj yolu ilə deyil, Sumqayıt şəhərinə baş həkim vəzifəsinə düzəltmək adı ilə alıblar. Lakin onlar baş həkimdən şantaj da edərək pul alıblar.
Xatırladaq ki, E. Hümbətov, R. Əliyev və H. Çobanov barəsində qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə-qorxu ilə tələb etmək və dələduzluq maddələri ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E. Hümbətov 12 il, R. Əliyev 9 il və H. Çobanov isə 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apelyasiya şikayətləri verib.
Femida.az
Oxunub: 716
Oxşar xəbərlər
- Məhkəmə hakimlərinə məzuniyyətə çıxarkən verilən pul vəsaiti azaldılıb
- Məhkəmə Əjdər Olun cəzasını azaldıb
- Məhkəmə Rafael Cəbrayılovun cinayət işinə xitam verib
- Məhkəmə Şakiranın cinayət məsuliyyətinə cəlb olunması barədə qərar qəbul edib
- Məhkəmə Bakıda anasını qətlə yetirən şəxslə bağlı qərar elan edib
- Məhkəmə “AzerGold”a qarşı qaldırılmış pul tələbi iddiasını rədd edib
- Məhkəmə məktəblini bıçaqlayan şəxslə bağlı qərar verib
- Məhkəmə rüşvətə görə tutulan həkimlə bağlı qərar elan edib
- Məhkəmə “Tik-Tok”er qızı öldürən şəxslə bağlı qərar elan edib
- Məhkəmə Mahir Quliyevin əmlaklarını müsadirə edib