Karantin günlərində işıq borcunu evdən ödəyə bilərsiz


12:29     19 İyun 2020 isiq%20pul.jpg

Koronavirus (COVİD 19) pandemiyası ilə əlaqədar Operativ Qərargahın iyunun 21-dən iyulun 5-dək Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda xüsusi məhdudiyyətlərin tətbiq olunması qərarı ilə əlaqədar olaraq “Azərişiq” ASC gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək.

“Azərişıq” ASC Mətbuat xidmətindən Femida.az-a daxil olan məlumata görə, karantin günlərində istehlakçılara fasiləsiz və dayanıqlı elektrik enerjisinin verilişinin təmin edilməsi məqsədilə bütün qabaqlayıcı texniki və təşkilatı tədbilər həyata keçirilb. Baş verə biləcək qəzaların operativ qaydada aradan qaldırılması üçün bütün ölkə üzrə operativ qəza xidmətləri fəaliyyət göstərir. Həmçinin abonentlər xüsusi karantin günlərində elektrik enerjisindən istifadəyə görə yaranmış borcu evdən çıxmadan onlayn qaydada ödəyə bilər. Bunun üçün azərişıq.az saytında müvafiq bölməyə daxil olmaq kifayətdir. “Smart” sayğacdan istifadə edən istehlakçılara da tövsiyə olunur ki, əvvəlcədən sayğacların balansını yoxlasınlar və öncədən balanslarını artırsınlar.

Yarana biləcək hər hansı bir nasazlıqda istehlakçılardan dərhal “199” Çağrı Mərkəzinə müraciət etmələri xahiş olunur. 24 saat fasiləsiz fəaliyyət göstərən “199” Çağrı Mərkəzinə daxil olmuş təklif və şikayətlər dərhal icraya yönəldilir, hər bir müraciətə operativ reaksiya verilir.

Femida.az

Açar sözlər:

Oxunub: 701