Milli Məclis qanunvericilikdəki “dərman qutuları” sözlərini dəyişdi


12:51     19 İyun 2020 milli_meclis_2013093009.jpg

Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik müzakirəyə çıxarılıb.


Femida.az xəbər verir ki, məcəllənin 356-cı maddəsinin 356.1-ci bəndində “dərman qutuları” sözləri “ilk tibbi yardım qutusu” sözləri ilə əvəz olunub.

Qanunvericiliyə əsasən, xüsusi komplektləşdirilmiş ilk tibbi yardım qutusu ilə (əhali bu qutuları daha çox “apteçka” adlandırır) təchiz olunmayan nəqliyyat vasitəsini idarə etməyə görə on manat məbləğində cərimə ediləcək.

Məcəllənin hazırkı bəndi isə belədir: “Xüsusi komplektləşdirilmiş dərman qutuları ilə təchiz olunmayan nəqliyyat vasitəsini idarə etməyə görə on manat məbləğində cərimə edilir.

Məcəlləyə dəyişiklik müzakirələrdən sonra qəbul edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 819