Füzulidə iki avtomobil toqquşub, ölən və yaralananlar var
13:10 19 İyun 2020

Füzulidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, iyunun 18-də saat 5 radələrində Füzuli rayonunun 1-ci Qayıdış qəsəbəsi ərazisində rayon sakinləri R.Ağayevin idarə etdiyi “VAZ-21011” və T.Hacıyevin idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub. Nəticədə R.Ağayevin sərnişini Rüstəm Ağayev xəstəxanaya aparılarkən yolda ölüb, özü və digər 2 sərnişini, habelə T.Hacıyev və 3 sərnişini xəstəxanaya yerləşdiriliblər.
Füzuli Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Oxunub: 581
Oxşar xəbərlər
- Füzulidə mülki şəxslərin minaya düşməsi ilə bağlı cinayət işi açıldı
- Füzulidə 3 nəfər minaya düşüb
- Füzulidə 28 min hektardan çox ərazidə buğda səpilib
- Füzulidə beynəlxalq aeroport tikiləcək
- Füzulidə mülki şəxs minaya düşdü - Hər iki ayağını itirdi
- Füzulidə minaya düşənlərin meyitləri təhvil verildi
- Füzulidə “Toyota” minaya düşdü, 5 nəfər öldü
- Füzulidə qəbiristanlıq tamamilə məhv edilib
- Füzulidən Şuşaya çəkilən yeni avtomobil yolu gələn il istifadəyə veriləcək
- Füzulidə şəhid olan tarix müəllimi