Xaçmazda baş verən yol qəzasında ata ölüb, oğlu xəsarət alıb


13:50     19 İyun 2020 20_06_19_1592558360.jpg

Xaçmazda iki avtomobil toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-A verilən məlumata görə, iyunun 18-də saat 18 radələrində Xaçmaz rayonunun Pirquluoba kəndi ərazisində kənd sakini A.Qadaşovun idarə etdiyi “Mercedes” və Qoçaqlı kənd sakini A.Nurəhmədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə A.Nurəhmədov və sərnişini olan atası Şahvələd xəstəxanaya yerləşdiriliblər. Ş.Nurəhmədov orada ölüb.

Xaçmaz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 642