FHN Akademiyasına sənəd qəbulu müvəqqəti dayandırılır


14:43     19 İyun 2020 20_06_19_1592563452.jpg

Ölkəmizdə yeni növ koronavirusla (COVID-19) mübarizə çərçivəsində ciddi karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına uyğun olaraq, məhdudiyyətlərin mövcud olduğu müddət ərzində Fövqəladə Hallar Nazirliyinin Akademiyasına sənəd qəbulu müvəqqəti dayandırılır.

Bu barədə Femida.az-a FHN-dən bildirilib. Məlumata görə, sənəd qəbulunun bərpası və seçmə prosedurunun davam etdirilməsi ilə əlaqədar əlavə məlumat veriləcək.

Açar sözlər:

Oxunub: 605