Gəncədə sərnişin avtobusunun iştirakı ilə zəncirvarı yol qəzası olub - FOTO


14:53     19 İyun 2020 20_06_19_1592564065.jpg

Gəncədə sərnişin avtobusunun iştirakı ilə zəncirvarı yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, “QAZ-53” markalı yük maşını yol kənarında dayanan “Hyundai” markalı sərnişin avtobusuna arxadan çırpılıb. Zərbənin təsirindən avtobus qarşısındakı “VAZ-2106” markalı minik avtomobilinə dəyib.

Qəza nəticəsində bir nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 649