İmtahanlar ləğv olundu


17:53     19 İyun 2020 imtahan9.jpg


Azərbaycanda iyunun 21-i saat 00:00-dan iyulun 5-i saat 06:00-dək imtahanlar keçirilməyəcək.


Bu barədə Baş Nazir Əli Əsədovun "Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə" imzaladığı qərarda əksini tapıb.

Qərara əsasən, sərt karantin günlərində təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla) dayandırılıb.

Açar sözlər: #imtahan   #karantin  

Oxunub: 636