Bu şəxslər "İcazə.e-gov.az"da qeydiyyatdan keçməlidir
19:03 19 İyun 2020
Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək İcazə.e-gov.az portalında kimlərin qeydiyyatdan keçə biləcəyi məlum olub.
Femida.az xəbər verir ki, bu barədə xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Nazirlər Kabinetinin müvafiq qərarında məlumat qeyd olunub.
Belə ki, qərarın 1.2-ci bəndində qeyd olunanlar istisna olmaqla, digər dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, “ASAN Könüllüləri” İctimai Birliyinin, “Aqrar İnkişaf Könüllüləri” Hərəkatının, “Regional İnkişaf” İctimai Birliyinin, “Bir” tələbə könüllülərinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin könüllülərinin, həmçinin bu Qərarın əlavəsində nəzərdə tutulan sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin əməkdaşlarının və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və onların işçilərinin, fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşların hərəkətinə onlar barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol veriləcək.
Femida.az
Oxunub: 615
Oxşar xəbərlər
- ETSN ilanbalığının ovuna icazə verilməsinin səbəbini açıqlayıb
- “Sputnik Azərbaycan”ın baş redaktorunun iş icazəsinin uzadılmasına imtina edilib
- İşğaldan azad edilmiş ərazilərə icazəsiz keçmək istəyən şəxs saxlanılıb
- Xocavəndə icazəsiz daxil olan şəxslər saxlanılıb
- Anar Rzayev: "Qardaşımın şirkətinə xüsusi defisit olan icazələrdən biri belə verilməyib"
- Azərbaycana giriş-çıxışına icazə verilən şəxslərin siyahısı genişləndirilib
- Azərbaycandan Rusiyaya bəzi məhsulların dəmiryolu ilə daşınmasına olan icazənin müddəti uzadılıb
- Azərbaycana daha bir neçə ölkədən uçuşlara icazə veriləcək
- Azərbaycana hava yolu ilə daha iki ölkə vətəndaşının giriş-çıxışına icazə verilib
- Azərbaycanda sahibkarlıq fəaliyyətinə icazələrin siyahısı genişləndirilir