Masallıda itkin düşmüş 3 qız sağ-salamat tapıldı


10:04     20 İyun 2020 20_06_20_1592634355.jpg


Masallı rayonunda itkin düşdüyü bildirilən 3 yeniyetmə qız tapılıb.

Ötən gün axşam saatlarında Masallı rayonunun Şərəfə kəndinə qonaq gələn və itkin düşdüyü ehtimal olunan 2004-cü il təvəllüdlü Kərimova Alamə Tələt qızı, 2006-cı il təvəllüdlü Ələsgərova İlahə Əlövsət qızı və 2010-cu il təvəllüdlü Ələsgərova Səkinə Əlövsət qızı tapılıblar.

Belə ki, qızlar Bakıya qayıdarkən postların birində yük avtomobilində aşkarlanaraq valideynlərinə təhvil verilib. Kənd sakinlərinin bildirdiyinə görə, qızlar yola çıxaraq evlərinə qayıtmaq üçün Bakı istiqamətinə gedən bir “Kamaz” markalı maşına miniblər. Axtarışlar nəticəsində yük maşını Bakıya yaxınlaşarkən saxlanılıb.

Qeyd edək ki, dünən qızların itkin düşməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə zəng edilmişdi.

Femida.az

Açar sözlər: #Masallı   #itkin   #FHN  

Oxunub: 798