Daha bir nazirlik gücləndirilmiş iş rejimində çalışacaq
10:50 20 İyun 2020
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun tarixli müvafiq qərarı ilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində tətbiq olunan sərtləşdirilmiş karantin rejimi günlərində (2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək) də əhali dayanıqlı nəqliyyat, telekommunikasiya və poçt xidmətləri ilə təmin ediləcək.
Bu barədə Femida.az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.
Nazirlik həmin günlərdə əhalinin nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri, radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsinə dair tabeli qurumlara, rabitə birlik və müəssisələrinə, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verib.
Məsul növbətçilər təşkil edilməklə nəqliyyat, telekommunikasiya, radio-televiziya yayımının fasiləsiz və keyfiyyətli işinin təmin edilməsi, kabel və xətt zədələnmələrinin operativ aradan qaldırılması üzrə müvafiq tədbirlər görüləcək.
Respublika üzrə bütün telekommunikasiya qovşaqları, poçt şöbələri, “Şəbəkə” xidmət mərkəzləri fəaliyyətini davam etdirəcək.
Nazirliyin Aparatında, strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda vəzifə funksiyalarını evdə yerinə yetirmələri mümkün olan işçilər onlayn rejimində işə cəlb olunacaqlar. Texniki dəstək göstərən əməkdaşlar isə növbəli qrafiklə çalışacaqlar. Nazirliyin Aparatında və qurumlarında koronavirusun profilaktikası üzrə bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir. İşçilər mütəmadi olaraq zəruri sayda fərdi qoruma vasitələri (tibbi maskalar, əlcəklər) ilə təmin edilirlər.
Vətəndaşlardan qarşılaşdıqları müvafiq problemlərlə bağlı “1655” nömrəli “Qaynar xətt”lə əlaqə saxlamaları xahiş olunur.
Femida.az
Oxunub: 468
Oxşar xəbərlər
- Daha üç rayonun prokuroruna yeni müavinlər təyin edilib
- Daha 7000 nəfərə "Müharibə veteranı" adının verilməsi ilə bağlı qərar qəbul edilib
- Daha 4 qazi müalicə üçün Türkiyəyə göndərilib
- Daha 7 özəl xəstəxana vətəndaşlara pulsuz xidmət göstərəcək - SİYAHI
- Daha 325 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib, 31 nəfəri qazi və şəhid ailəsi üzvüdür
- Daha 2 koronavirus xəstəsinə cinayət işi açılıb
- Daha bir qrup şəxsin təqaüdü artırılıb
- Daha 1772 nəfər koronavirusa yoluxub, 21 nəfər ölüb
- Daha bir məktəbdə əyani tədris bərpa olundu
- Daha 1 795 nəfər koronavirusa yoluxub, 28 nəfər ölüb