Koronavirusa yoluxmuş icra başçısının müavini vəfat etdi


11:32     20 İyun 2020 2020/06/6bbddccf-c1a7-4df9-9751-a0584bddc2d5_1592639172.jpg

Samux Rayon İcra Hakimiyyəti başçısının yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxan müavini Qəzənfər Əliyev vəfat edib.


Bu barədə Femida.az-a onun müalicə edildiyi Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İftixar Zeynalov məlumat verib.

O bildirib ki, icra başçısının müavini gecə saatlarında vəfat edib: “Edilən müalicələrə baxmayaraq, gecə saat 01:45-də dünyasını dəyişdi".

Femida.az

Açar sözlər:

Oxunub: 525