DYP: Ezamiyyə vərəqi olmayanlar postlardan buraxılmayacaq
13:07 20 İyun 2020
“Ötən həftə də sərtləşdirilmiş karantin rejimi ilə bağlı vətəndaşların rayona getməməsi üçün müraciət etmişdim”.
Femida.az -ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.
K. Əliyev deyib ki, ancaq buna baxmayaraq, rayonlara axın olub: “Onların əksəriyyəti postlardan geri qaytarıldı. Bəziləri torpaq yolla keçməyə cəhd etdi və buna nail oldu. Artıq texniki vasitələrdən istifadə etməklə, bu kimi halların da qarşısını almağa çalışacağıq. Əgər bir postdan keçən avtomobil digər postda görünməyəcəksə, deməli, torpaq yola keçib və həmin avtomobillər, onların sürücüləri aşkarlanacaq”.
BDYPİ-nin şöbə rəisi qeyd edib ki, Nazirlər Kabinetinin qərarı ilə bir sıra xidmət sahələrinin fəaliyyətinə icazə verilib: “Bu da müəyyən sayda avtomobilin sərbəst hərəkəti deməkdir. Ümumiyyətlə, onu da deyim ki, hərəkətinə icazə verilən şəxslərin ezamiyyə vərəqi olmalıdır və ezamiyyə vərəqi olmayanlar postlardan buraxılmayacaq. Ezamiyyəyə gedənlər də avtomobildə ailə üzvlərini aparmağa cəhd etməsinlər”.
Oxunub: 530
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"