DİM: Bir həftədən sonra Naxçıvanda imtahanlar keçiriləcək


13:33     20 İyun 2020 sınaq-imtahanı.jpg

“Gələn həftə üçün imtahanların cədvəli açıqlanıb. Növbəti həftə isə gələn həftənin ortalarında elan olunacaq”.

Femida.az -ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, bir həftədən sonra Naxçıvanda mütləq imtahan keçiriləcək: “Heyətin ora göndərilməsi üçün xüsusi təyyarə sifariş etmişik, həll olunan kimi orada imtahan keçirəcəyik. Xüsusi karantin rejimi tətbiq olunmayan digər rayonlarda da imtahan keçirməyi nəzərdə tutmuşuq. Vəziyyət hər gün dəyişir, ola bilsin hansısa başqa rayonda da sərt karantin rejimi tətbiq olunsun. Biz qərarları qəbul edəndə mütləq Operativ Qərargahdan icazə alırıq”.

Açar sözlər:

Oxunub: 529