Postda avtobus sürücüləri polisin “saxla” tələbinə tabe olmayıb


13:50     20 İyun 2020 polis_908.jpg

İyunun 18-i saat 08-dən 19-u saat 08-dək olan müddətdə Bakı-Qazax yolunun 65-ci kilometrliyində, Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində xüsusi karantin rejimi ilə əlaqədar qurulan postda polis əməkdaşlarının “saxla” tələbinə tabe olmayıb hərəkətini davam etdirən 4 sərnişin avtobusları saxlanılaraq müvəqqəti duracağa yerləşdirilib.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, sürücülər və 52 sərnişin barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilib.

Sürücülər polis əməkdaşlarına tabesizlik göstərdiyinə görə Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinə təhvil verilib.

Açar sözlər:

Oxunub: 460