SMS yazıb icazə almaqla bağlı vacib AÇIQLAMA


14:27     20 İyun 2020 20_06_20_1592648954.jpg

“Tibbi zərurətlə bağlı 1 kodundan istifadə edən şəxs sonra gün ərzində zəruri ehtiyacla bağlı 2 kodundan istifadə etməklə SMS icazə ala biləcək”.



Femida.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) sədri Ülvi Mehdiyev bildirib.

Ü. Mehdiyev deyib ki, ötən dəfə vətəndaşlar bundan sui-istifadə edirdilər: “Hətta keçən dəfə bəzi vətəndaşlar dəfnlə bağlı 3 kodundan da istifadə edirdilər. İndi vətəndaşlar gün ərzində tibbi xidmətlə bağlı 1 kodundan istifadə edirsə, gün ərzində 2 kodundan da istifadə edə bilərlər. Lakin vətəndaşlar belə hallardan sui-istifadə etməməlidir. Belə hallar aşkarlananda polisə müraciət ediləcək”.


Açar sözlər:

Oxunub: 1100