DYP: Qeydiyyatdan keçən şəxs fərdi avtomobilindən sərbəst istifadə edə bilər


15:12     20 İyun 2020 20_06_20_1592649809.jpg

Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində sabahdan başlayaraq iki həftə sərtləşdirilmiş xüsusi karantin rejimində fərdi nəqliyyat vasitələrinin hərəkətinə aydınlıq gətirilib.



Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Femida.az-a açıqlamasında deyib ki, haqqında məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilən şəxslər sərtləşdirilmiş xüsusi karantin dövründə fərdi avtomobillərdən istifadə edə bilərlər.

K. Əliyev bu halda fərdi avtomobil üçün xüsusi icazə alınmasının tələb edilmədiyini nəzərə çatdırıb.

Şöbə rəisi SMS icazə vasitəsi ilə 2 saat müddətinə evdən çıxan şəxslərin də fərdi nəqliyyat vasitələrindən istifadə edə biləcəklərini qeyd edib. Onun sözlərinə görə, SMS icazə ilə çıxan şəxslər istər ictimai nəqliyyatla, istər taksi ilə, istərsə də fərdi avtomobilləri ilə hərəkət edə bilərlər.

Açar sözlər:

Oxunub: 616