AQTA reyd keçirib, 148 obyektdə pozuntular aşkarlanıb


15:58     20 İyun 2020 20_06_20_1592650778.jpg

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən 19 iyun 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 211 ictimai iaşə obyekti, 219 ərzaq satışı mağazası olmaqla ümumilikdə 430 müəssisədə reyd keçirilib.



AQTA-dan Femida.az-a verilən məlumata görə, sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən obyektlərdən 148-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.

Bakı şəhəri üzrə:

◾ Xətai rayonunda “VİP” market;

◾ Yasamal rayonu, “Nizami Mall” ticarət mərkəzində Axundova Ayşən Musa qızına məxsus “Mix Food” və Məmmədov Faiq İslam oğluna məxsus “Saffron” restoranları;

Digər rayon və şəhərlər üzrə:

◾ Samux rayonunda Atayev Əli Hümbət oğluna məxsus kafe, Məmmədov Fərid Rövşən oğluna məxsus ərzaq mağazası;

◾ Gəncə şəhərində Sadıqov Kamil Eldar oğluna məxsus “Maral-Göl” restoranı;

◾ Xaçmaz rayonunda Abdullayev Əmir Yusif oğluna məxsus “Bulaq” kafe;

◾ Neftçala rayonunda Zülfüqarov Vüqar Davud oğluna, Cəfərov Kamil Abasağa oğluna, Tarverdiyev Bəxtiyar Ağali oğluna və Həsənov Babək Nuxbala oğluna məxsus ərzaq mağazaları, Zülfüqarova Sevinc Əliyusif qızına məxsus kafe;

◾ Ağsu rayonunda Gülməmmədov Novruz Şöhlət oğluna məxsus “Şöhlətoğlu” restoranı;

◾ İsmayıllı rayonunda Nağıyev Əvəz Qadir oğluna məxsus “Basqal” restoranı, Ömərov Mehdi Valodya oğluna məxsus “Mican” kafe, Cavadova Sahibə Bayram qızına məxsus “Xan” market, Hümbətov Cavid Şərafət oğluna məxsus ət satışı mağazası, Məmmədova Humay Ramiz qızına məxsus “Qala” market;

◾ Göyçay rayonunda Nəzərəlizadə Tehranə Yusif qızına məxsus ərzaq mağazası;

◾ Şəki şəhərində Əzizov Məmməd Həsən oğluna məxsus “M-Market”;

◾ Qəbələ rayonunda Əhmədli Şükran Səlim oğluna məxsus dönərxana;

◾ Zaqatala rayonu, Maqov kəndində, Corov Həbib Şabanoviçə məxsus market;

◾ Şəmkir rayonunda “Uğur” restoranı və “Muxtar”ərzaq mağazası;

◾ Ucar rayonunda “City Klub” restoranı və “Dostlar” kafesi;

◾ Bərdə rayonunda Əliyev Nizaməddin Nizami oğluna məxsus “Söyüdlü” kafe;

◾ Lənkəran rayonu, Qəriblər kəndində Ağayev Vüsal Vasif oğluna, Mehdizadə Fariz Telman oğluna, İmamyarov Murad İlqar oğluna və Məmmədov Şamil Kamil oğluna məxsus ərzaq mağazaları;

Qeyd olunub ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.

Açar sözlər:

Oxunub: 595