Tehranda məktəblərdə dərslər dayanıb


15:05     07 Dekabr 2015 Iran_Snow_170111_3.jpg

İranın paytaxtı Tehrana güclü qar yağmağa başladıqdan sonra yollarda hərəkət etmək çətinləşdiyindən paytaxtın orta məktəblərinin ibtidai siniflərində (1-5-ci siniflərdə) dərslər dayanıb. Trend-in məlumatına görə, bu barədə İranın Fars agentliyi məlumat verib.


Ötən axşamdan Tehranda qar yağır və çovğun var. Ötən gündən başlayan yağıntılar nəticəsində Tehrandan Mazandaran əyalətinə gedən Haraz maqistral yolu bağlanıb. Polis sürücülərə xəbərdarlıq edib ki, Tehran əyalətindən digər bölgələrə gedən yollarda hərəkət edərkən avtomobillərini qış mövsümünə aid vasitələrlə təchiz etsinlər.

Açar sözlər:

Oxunub: 960