Bəhram Bağırzadədən xəbər var


16:12     20 İyun 2020 20_06_20_1592654053.jpg

Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətində heç bir dəyişiklik yoxdur.

Femida.az xəbər verir ki, bu barədə trend-ə açıqlamasında Mərkəzi Gömrük Hospitalı rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.

Onun sözlərinə görə, B.Bağırzadənin durumu stabil, kritik-ağır olaraq qalır. Hazırda təyinata uyğun müalicələr davam etdirilir.

Qeyd edək ki, əməkdar artistin ağciyər toxuması zədələndiyindən onu ECMO cihazına qoşublar.

Açar sözlər:

Oxunub: 310