Şəkidə narkobaron saxlanılıb
16:56 20 İyun 2020
Şəki Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və kultivasiyası ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki rayonu Baş Göynük kənd sakini Nazim Abdullayev saxlanılıb.
Onun yaşadığı ünvana baxış keçirilən zaman aqrotexniki qaydada qulluq göstərilməklə yetişdirilən, yaş halda ümumi çəkisi 25 kiloqram olan 301 ədəd narkotik tərkibli çətənə bitkisi, eləcə də 23 ədəd sellofan torbada satış məqsədilə saxladığı 4 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.
Saxlanılan şəxs N. Abdullayev ifadəsində narkotik tərkibli bitkiləri mart ayında əkdiyini, xüsusi qulluq göstərdiyini və qurutduqdan sonra satmaq məqsədində olduğunu bildirib.
Faktla bağlı ŞRPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, istintaq aparılır.
Oxunub: 685
Oxşar xəbərlər
- Şəkidə avtomobil piyadanı vuraraq öldürüb
- Şəkidə sel kəndlə şəhərin əlaqəsini kəsib, avtomobili aparıb
- Şəkidə qapı-pəncərə sexindən 15 min manatlıq oğurluq edən obyektin işçisi tutulub
- Şəkidə avtomobil çaya aşıb, xəsarət alanlar var
- Şəkidə avtomobil aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
- Şəkidə iki avtomobil toqquşub, xəsarət alanlar var
- Şəkidə işləmək adı ilə evdən çıxan şəxs itkin düşüb
- Şəkidə yaşayış evi yanıb, 60 yaşlı kişi ölüb
- Şəkidə avtomobil aşıb, xəsarət alanlar var
- Şəkidə koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıb