Tovuzda yol çəkilişi zamanı qaz borusu partlayıb, yaralılar var


17:24     20 İyun 2020 xestexana00.jpg

Tovuz rayonunda yol çəkilişi zamanı qaz borusu partlayıb, yaralılar var.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Xatınlı kəndinin yaxınlığında qeydə alınıb.

Belə ki, yol çəkilişi zamanı qaz borusu partlayıb. Hadisə nəticəsində 1957-ci il təvəllüdlü, Tovuz rayon Düz Cırdaxan kənd sakini Məhərrəm Süleymanov və 1966-cı il təvəllüdlü Bakı şəhər sakini Sənan İsmayılov xəsarət alıblar.


Yaralılar xəstəxanaya yerləşdiriliblər. M. Süleymanovun vəziyyəti ağır, S. İsmayılovun vəziyyəti isə orta ağır qiymətləndirilir.

Açar sözlər:

Oxunub: 625