Bakıda bir nəfər dənizdə boğulub


17:54     20 İyun 2020 denizde-boguldu.jpg

Bakı şəhərinin Xəzər rayonu ərazisində 1980-ci il təvəllüdlü Məmmədov Yusif İsak oğlu dənizdə (nəzarətsiz ərazi) batıb.

Femida.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Y.Məmmədovun meyiti tapılaraq dənizdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 348