Yasamalda mənzildə tapılan qadın meyiti barədə RƏSMİ MƏLUMAT
12:38 21 İyun 2020
İyunun 20-də saat 21 radələrində paytaxtın Yasamal rayon sakini 1933-cü il təvəllüdlü Yevgeniya Konikovskayanın yaşadığı mənzildə ölməsi barədə rəsmi məlumat yayılıb.
Yasamal rayon prokurorluğundan Femida.az-a verilən məlumata görə, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Baxış zamanı meyitin bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməyib.
İlkin araşdırmalarla, Yevgeniya Konikovskayanın uzun müddət ürək çatışmazlığı və şəkərli diabet xəstəliyindən əziyyət çəkməsi müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxunub: 552
Oxşar xəbərlər
- Yasamalda avtomobil 43 yaşlı kişini vurub
- Yasamalda gənc qızı avtomobil vurub
- Yasamalda 22 yaşlı gənc intihara cəhd edib
- Yasamalda 47 yaşlı kişini avtomobil vurub
- Yasamalda kişi meyiti aşkarlanıb
- Yasamalda 58 yaşlı qadını avtomobil vurub
- Yasamalda avtomobil 54 yaşlı kişini vurub
- Yasamalda 31 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
- Yasamalda daha 8 nəfər saxlanılıb, 25 kq-dan artıq narkotik götürülüb
- Yasamalda marketdə eskalatora ilişən 6 yaşlı uşağın ayağı sınıb