Masallıda polislərlə traktor sürücüsü arasında dava olub
13:11 21 İyun 2020
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) sosial şəbəkələrdə polis əməkdaşlarının sürücünü döyməsi ilə bağlı yayılan videogörüntüyə münasibət bildirib.
BDYPİ-nin şöbə rəisi, polkovnik Kamran Əliyev "Report"un sorğusuna cavab olaraq qeyd edib ki, videogörüntü idarədə araşdırılıb.
Onun sözlərinə görə, hadisə Masallı rayon ərazisində qeydə alınıb:
“Həmin şəxs traktor sürücüsü olub. O, polisə tabe olmayıb, saxlanılandan sonra da sənəd təqdim etməyib. Həmin şəxs daha sonra polisə müqavimət göstərib. Düzdür, bizim əməkdaşlar tərəfindən də qanunsuz hərəkətlərə yol verilib. Sürücüyə qarşı sərt tədbirlər gördükləri üçün həmin polis əməkdaşları haqqında da intizam tənbehi tədbiri görülüb”.
Qeyd edək ki, sosial şəbəkələrdə Masallı YPX-nin komandiri, baş leytenant Ariz İsmayılov və digər polis əməkdaşlarının iştirakının iddia olunduğu videogörüntü yayılıb.
Videogörüntüdə polis əməkdaşları sürücünü avtomobildən zorla çıxarması, sonra döyməsi əks olunub.
Femida.az
Oxunub: 620
Oxşar xəbərlər
- Masallıda avtomobil kanala aşıb, iki nəfər boğularaq ölüb
- Masallıda keçmiş məhkumun evindən 5 kq-a yaxın narkotik aşkarlanıb
- Narkotik vasitənin təsiri altında sərnişin daşıyan Masallı sakini həbs edilib
- Masallıda qardaşını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Masallıda yük avtomobili ilə narkotik daşıyan şəxslər saxlanılıb
- DİN: "Masallıda azyaşlının zorlanması faktı öz təsdiqini tapmayıb"
- Masallıda 7 il əvvəl baş verən qətlin yeni təfərrüatı məlum olub
- DİN Masallıda əmisi qızını öldürən şəxslə bağlı məlumat yayıb
- Masallıda qardaşını qətlə yetirən şəxsin məhkəməsi başlayır
- Azərbaycanlı “qanuni oğru” Rafiq Masallı güllələndi