Bakıda karantini pozan daha bir restoran sahibi cərimələndi


13:13     21 İyun 2020 20_06_21_1592730862.jpg

Paytaxtın Səbail rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan restoran aşkarlanıb.


Femida.az-ın xəbərinə görə, Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə iyunun 20-də saat 23:30 radələrində Badamdar qəsəbəsində fəaliyyət göstərən “Qızıl Balıq” restoranının icarədarı və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.

Ümumilikdə 8 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, onlardan 4 nəfər 200 manat, digərləri 100 manat cərimə olunublar.

Femida.az

Açar sözlər: #karantin  

Oxunub: 534