Milli Məclisin deputatları koronavirus testindən keçirilib


14:08     21 İyun 2020 milli%20meclis3.jpg

Azərbaycan Respublikasının Milli Məclisində COVID 19 koronavirus infeksiyası ilə bağlı Milli Məclis Aparatının, eyni zamanda deputatlar arasında mütəmadi olaraq testlər aparılıb.


Bu barədə Femida.az-a Milli Məclis Aparatının Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Bildirilir ki, iyunun 21-də Milli Məclis Aparatının əməkdaşlarından, eyni zamanda deputatlardan COVID-19 infeksiyası ilə bağlı profilaktik test nümunələri alınıb.

Milli Məclis Aparatının əməkdaşlarından, eyni zamanda deputatlardan COVID-19 infeksiyası ilə bağlı götürülmüş profilaktik test nümunələrinin nəticələri sabah açıqlanacaq.

İyunun 20-də Milli Məclisin deputatı Sahib Alıyev "Report"a koronavirusa yoluxduğunu bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 473