Gəncədə növbəti dezinfeksiya işləri aparılıb


15:02     21 İyun 2020 20_06_21_1592738473.jpg


Gəncədə aparılan genişmiqyaslı dezinfeksiya işləri davam etdirilir.


Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Gəncədə tətbiq olunan 2 həftəlik sərt karantin rejimi nəzərə alınaraq, şəhərdə həyata keçirilən tibbi-profilaktiki tədbirlər daha da genişləndirilib. Şəhərin mərkəzi hissəsində, o cümlədən qəsəbə və yaşayış massivlərində aparılan dezinfeksiya işləri davam edir.

Yeni növ koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən işlərə Gəncə Şəhər Dezinfeksiya Stansiyasının əməkdaşları və Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikaları cəlb olunublar.

Gəncənin əsas küçə və prospektləri, o cümlədən “Gəncəçay” Park-bulvar kompleksi, Xan bağı, N.Nərimanov və M.Füzuli parklarının ərazisi xüsusi kimyəvi məhlulla yuyulublar. Səkilərdə, yol kənarlarında, park və meydanlarda, obyektlərin qarşısında da tibbi-profilaktiki işlər görülüb. Bununla yanaşı yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, idman-əyləncə qurğularında da dezinfeksiyaedici tədbirlər həyata keçirilib.

Qeyd edək ki, dezinfeksiya işləri yeni növ koronavirus (COVID-19) infeksiyasının daha da genişlənməsinin qarşısının alınması məqsədi ilə həyata keçirilən kompleks tədbirlər çərçivəsində aparılır və gündəlik olaraq gücləndirilmiş qaydada davam etdiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 530