Rəsmi Vaşinqton: “Rusiya Azərbaycana təzyiq göstərir”


14:55     23 May 2015 marie-harf-2.jpg

Rusiya “Şərq Tərəfdaşlığı” ölkələrinə təzyiq göstərir.


Femida.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmisi Mari Harf Riqa sammitinin yekunlarını şərh edərkən deyib.

“ABŞ Avropa İttifaqının (Aİ) Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna ilə daha çox sıx tərəfdaşlığa və əməkdaşlığa istiqamətlənən səylərini qətiyyətlə dəstəkləyir”, - deyə Harf vurğulayıb.

O, ABŞ-ın “Şərq tərəfdaşlığı” ölkələrində sosial və iqtisadi inkişafı dəstəklədiyini bildirib və əlavə edib ki, bu məhz Rusiyanın təzyiqi və dezinformasiya yaydığı bir vaxtda çox əsaslı amildir.

“Biz Şərq Tərəfdaşlığı ölkələrində iqtisadi və sosial inkişafın dəstəklənməsi, demokratiya və idarə etmə, energetika təhlükəsizliyinin gücləndirilməsi, korrupsiya ilə mübarizəyə hesablanan gələcək təşəbbüslərə sadiq olduğumuzu bildiririk”.

Qeyd edək ki, 21-22 may tarixində Avropa Birliyi, Azarbaycan, Ukrayna, Gürcüstan, Moldova, Ermənistan və Belarus ölkələrinin rəsmilərinin iştrakı ilə “Şərq tərəfdaşlığı” sammitit keçirilib.

Açar sözlər:

Oxunub: 813