Günün birinci yarısında 100-ə yaxın sürücü karantin rejimini pozub


16:11     21 İyun 2020 20_06_21_1592741520.jpg


Bakının küçə və yollarında müxtəlif istiqamətlərdə polis əməkdaşları xidmət aparır.


Trend-in məlumatına görə, bu gün gecədən başlayaraq şəhərin müxtəlif istiqamətlərində postlar qurulub, hərəkətdə olan sürücülərin icazəsinin olub-olmadığı yoxlanılır. Paytaxtın müxtəlif rayonlarında küçəyə çıxan vətəndaşların da icazələri polis əməkdaşları tərəfindən yoxlanılır.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, Bakı şəhərinin küçə və prospektlərində yollar tam nəzarətə götürülüb, stasionar postlar qurulub. Artıq 100-ə yaxın karantin rejiminin tələblərini pozan sürücü saxlanılaraq məsuliyyətə cəlb olunub:

"Sürücülərə şəxsi nəqliyyat vasitələrindən az istifadə etsinlər, pandemiya əleyhinə məhdudlaşdırma tədbirləri nəzərə alınmaqla hər bir nəqliyyat vasitəsinin sürücüsü məcbur qalmadıqda evdən bayıra çıxmasın".

Qeyd edək ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərində və Abşeron rayonununda fəaliyyətinə icazə verilməyən vətəndaşların 2020-ci il 5 iyul saat 06:00-dək icazəsiz evdən çıxması qadağandır.

İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə, fiziki şəxslər 100 manatdan 200 yüz manatadək, vəzifəli şəxslər 1 500 manatdan 2 500 manatadək, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs tətbiq olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 599