İranda daha bir deputat koronavirusa yoluxub
17:30 21 İyun 2020
İran parlamentinin deputatı Məhəmməd Mehdi Zahidi koronavirusa yoluxub.
APA “RİA Novosti”yə istinadla bildirir ki, koronavirus aşkarlanan deputat Tehrandakı xəstəxanalardan birinə yerləşdirilib və vəziyyəti getdikcə yaxşılaşır.
Qeyd edək ki, may ayında İran parlamentinin koronavirusa yoluxan iki deputatı vəfat edib. İndiyədək 20-dən çox deputatda koronavirusa yoluxma aşkarlanıb. Bu ölkədə COVID-19-a yoluxanların sayı 204 952 nəfərdir. 9623 nəfər vəfat edib. 163 591 nəfər sağalıb.
Oxunub: 532
Oxşar xəbərlər
- İrandan Azərbaycana 53 kq-a yaxın narkotikin gətirilməsinin qarşısı alınıb
- İranda məcburi hicaba qarşı kampaniya başlayıb
- İranda yol qəzası olub, 14 nəfər ölüb
- İranda yaşayış binasında partlayış olub, ölənlər var
- İrandan Azərbaycana narkotik gətirən şəxslərin məhkəməsi başlayır
- İrandan Azərbaycana 22 kq-dan artıq narkotikin keçirilməsinin qarşısı alınıb
- İrandan Azərbaycana gətirilən bibərdə virus aşkarlanıb
- İranda partlayış baş verib, ölənlər var
- İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxs sərhədçilərə bıçaqla xəsarət yetirməyə cəhd edib
- İrandan gətirilən ərzaqlıq kartofda karantin tətbiq edilən zərərverici aşkar olunub