Gürcüstandan 178 Azərbaycan vətəndaşı təxliyə ediləcək


17:47     21 İyun 2020 2020/06/1592745485071_OUFT15uy_1592747285.jpeg

Gürcüstanda olan daha 178 Azərbaycan təxliyə ediləcək.

Femida.az xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, ölkəyə qayıdacaq şəxslər sabah COVİD-19 testi verəcək. Testlərin cavabı günün ikinci yarısında açıqlanacaq. Təxliyə ediləcək şəxslər 23 iyunda saat 10:00-da Səfirliyin qarşısından xüsusi avtobuslarla Sınıq Körpü sərhəd-keçid məntəqəsinə gətiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 687